Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda muzdla işləyənlərin isə 41 faizini qadınlar təşkil edir

30.04.2026 [17:26]

Xəbərin mətni

Son statistik məlumatlara əsasən, Azərbaycanda məşğul əhalinin 48, muzdla işləyənlərin isə 41 faizini qadınlar təşkil edir. Qadınların yüksəkgəlirli məşğulluq imkanlarının artırılması istiqamətində də ölkədə beynəlxalq əmək standartlarına uyğun bir sıra mühüm qanunvericilik islahatları həyata keçirilib. Bu sözləri “Dayanıqlı inkişaf: Ailə, qadın və uşaq siyasəti” mövzusunda keçirilən konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.