Azərbaycan Dövlət İnformasiya Agentliyi

Emin Əmrullayev: Təhsilin ən vacib iştirakçısı uşaqlardır

30.04.2026 [17:28]

Xəbərin mətni

Təhsilin mərkəzi, ən vacib iştirakçısı uşaqlardır. Yəni təhsil uşaqlar üçündür və onlar haqqındadır. Ən vacibi isə uşaqların öyrənməsi ilə bağlıdır. Digər maraqlı tərəflər uşaqların həyatını, təhsilini daha yaxşı etmək üçün əllərindən gələni etməlidirlər. Bu sözləri “Dayanıqlı inkişaf: Ailə, qadın və uşaq siyasəti” mövzusunda keçirilən konfransda elm və təhsil naziri Emin Əmrullayev deyib.