Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazir müavini: Rəqəmsal inkişaf medianın fəaliyyətinə yeni imkanlar və çağırışlar açır

01.05.2026 [11:44]

Xəbərin mətni

Bu gün ictimai proseslərin böyük hissəsi məhz rəqəmsal mühitdə baş verir. Media və ictimai proseslər artıq yalnız xəbər istehsalı deyil, məlumatın sürəti, texnoloji platformalarla təhlükəsiz mühitdə ötürülməsidir. Rəqəmsal inkişaf isə medianın fəaliyyətinə yeni imkanlar və çağırışlar açır. Bu sözləri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov “İctimai proseslər media müstəvisində” mövzusunda III Forumun açılışında deyib.