Hikmət Hacıyev: Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri münaqişədən sonrakı inkişafın nadir nümunəsidir
01.05.2026 [19:16]
Xəbərin mətni
Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri münaqişədən sonrakı inkişafın nadir nümunələrindən biridir. Bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun üzvləri ilə Qarabağ Universitetində keçirilən görüş zamanı çıxışında deyib.