Mirtağı Əsədov: Din xadimlərinin Naxçıvana səfəri müsəlmanlararası əlaqələrin möhkəmlənməsinə xidmət edəcək
03.05.2026 [15:04]
Xəbərin mətni
Bizim üçün çox xoşdur ki, “Zəngəzur yolu – tarixin izi ilə” adlı konfransda iştirak etmək üçün Azərbaycana səfər etmişik və bu çərçivədə Naxçıvana gəlmişik. Bu, mənim Naxçıvana ilk səfərimdir. Həm bu gözəl diyarı görmək, həm də öz millətimizi daha yaxından tanımaq baxımından bu səfər mənim üçün çox əhəmiyyətlidir. Belə konfrans və tədbirlərin təşkili həm bizim üçün, həm də dünyada yaşayan Azərbaycan dilli, türk dilli müsəlmanlar üçün çox faydalı və vacibdir. Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlaması zamanı Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Mirtağı Əsədov deyib.