Azərbaycan Dövlət İnformasiya Agentliyi

İmam: Naxçıvanda keçirilən görüşlər milli-mənəvi birliyin möhkəmlənməsinə xidmət edir

03.05.2026 [19:55]

Xəbərin mətni

Bu gün biz qədim diyar olan Naxçıvan şəhərindəyik. Burada Türkiyənin müxtəlif vilayətlərindən, həmçinin Gürcüstandan gəlmiş soydaşlarımızla – din xadimləri ilə birlikdəyik. Bu gün bir daha şahid oluruq ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi xaricdə yaşayan soydaşlarımızın milli-mənəvi və dini dəyərlərə sadiq qalmasına yönələn siyasət öz bəhrəsini verir. Bunun nəticəsidir ki, biz bu gün Naxçıvanda birlikdə ibadət edirik. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Naxçıvanda jurnalistlərə müsahibəsində Səbail rayonu Şəhidlər Məscidinin imamı Şaiq Əliyev deyib.