Azərbaycan Dövlət İnformasiya Agentliyi

Paytaxtda 71 kiloqram narkotik vasitə və 13 min həb aşkarlanıb

04.05.2026 [12:52]

Xəbərin mətni

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin  əməkdaşları tərəfindən paytaxt Bakının ərazisində keçirilən tədbirlər zamanı Cavid Zamanov, Ehtiram Abdullayev və İlkin Baxşıyev saxlanılıblar. DİN-in mətbuat xidmətindən verilən məlumata görə, onlardan 71 kiloqram tiryək, tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 13 min ədəd metadon həbi aşkarlanıb. Saxlanılan şəxslərin xarici narkotacirlərin tapşırığı ilə narkokuryerlik etdikləri müəyyən edilib.