KOBİA-nın sədri: Tibbi məhsullarla özünü təminetmə strateji əhəmiyyət kəsb edir
04.05.2026 [13:52]
Xəbərin mətni
2026-cı ilin birinci rübündə Azərbaycana 125 milyon ABŞ dolları həcmində əczaçılıq məhsulları idxal edilib. Bu amil bir tərəfdən idxaldan asılılığa işarə etsə də, digər tərəfdən ölkəmizdə əczaçılıq sənayesinin inkişafı üçün böyük imkanların olduğunu göstərir. Çünki istehsal ediləcək məhsullar üçün alıcı axtarışlarına çıxmağa ehtiyac qalmayacaq. Bunu Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “Azərbaycan əczaçılıq sənayesi: Dünən, bu gün və sabah” II beynəlxalq konfransda çıxış edərkən deyib.