Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kənd təsərrüfatı torpaqlarında istehsala mane olan yaşıllıqların götürülməsi sadələşdirilir

04.05.2026 [16:51]

Xəbərin mətni

Məqsədli təyinatı əkin, çoxillik əkmələrin altında olan kənd təsərrüfatı təyinatlı torpaqlardakı yaşıllıqlar kənd təsərrüfatı fəaliyyətinə mane olduqda götürülməsinə yol veriləcək. Bu məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin mayın 4-də keçirilən iclasında müzakirəyə çıxarılmış “Yaşıllıqların mühafizəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.