Parlamentlərarası İttifaqın Baş katibi: Azərbaycan və Ermənistan arasındakı irəliləyişləri dəstəkləməliyik
05.05.2026 [12:24]
Ermənistan və Azərbaycan arasında ticarətin və digər əməkdaşlıq sahələrinin bərpası müşahidə olunur. Eyni zamanda, hər iki ölkənin icraedici hakimiyyətləri səviyyəsində əməkdaşlıq artmaqdadır. İndi Azərbaycanın və Ermənistanın parlamentləri arasında da əməkdaşlıq genişlənir. Münaqişələrin hökm sürdüyü bir regionda Azərbaycan və Ermənistan arasındakı irəliləyişləri dəstəkləməliyik. Çünki regionun digər ölkələrinin münaqişəyə daha dərindən sürükləndiyini gördüyümüz halda, bu iki ölkə münaqişədən çıxır, onlar əks istiqamətdə irəliləyirlər və biz bunu yüksək qiymətləndiririk. Bunu jurnalistlərə müsahibəsində ölkəmizdə səfərdə olan Parlamentlərarası İttifaqın (PAİ) Baş katibi Martin Çunqonq deyib.