Muhammad Nasar Hayat: Azərbaycanda FAO-nun hökumətlə əməkdaşlığı ildən-ilə güclənir
05.05.2026 [12:50]
Biz - FAO olaraq, ərzaq təhlükəsizliyi və dayanıqlı kənd təsərrüfatının inkişafına xidmət edən "Caspian Agro Week” platformasının bir hissəsi olmaqdan məmnunuq. Builki sərgi aqro-ərzaq sektoru üçün mühüm bir dövrə təsadüf edir. Təchizat zəncirlərindəki problemlər və iqlim dəyişiklikləri fonunda dayanıqlı, innovativ və özünü təmin edən kənd təsərrüfatının əhəmiyyəti daha da artır. Bu ilin proqramı da FAO-nun mandatı və Azərbaycanın prioritetləri ilə uyğunluq təşkil edir. Bu fikirləri BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat Bakı Ekspo Mərkəzində keçirilən Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisinin ("InterFood Azerbaijan") açılış mərasimində çıxışı zamanı səsləndirib.