Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda “Caspian Agro Week” və “InterFood Azerbaijan” sərgiləri açılıb

05.05.2026 [14:19]

Xəbərin mətni

Bakı Ekspo Mərkəzində “Caspian Agro Week” - 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu, “InterFood Azerbaijan” - 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi və eləcə də, “Horeca Caspian” - 14-cü Xəzər Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisi öz işinə başlayıb. Sərgilər mayın 8-dək davam edəcək.