Azərbaycan Dövlət İnformasiya Agentliyi

İstanbulda “SAHA 2026” Beynəlxalq Müdafiə və Aerokosmik Sərgisinin rəsmi açılışı olub

05.05.2026 [15:57]

Xəbərin mətni

Bu gündən İstanbulda “SAHA 2026” Beynəlxalq Müdafiə və Aerokosmik Sərgisi işə başlayıb. Sərginin rəsmi açılış mərasimi keçirilib. Ümumilikdə 400 min kvadratmetr sahədə təşkil edilən, 120-dən çox ölkədən iştirakın gözlənildiyi sərgidə 263-ü beynəlxalq olmaqla 1700-dən artıq şirkət, 200 mindən çox ziyarətçi və 30 mindən çox sahə mütəxəssisi iştirak edir.