İndiki yağışlar taxıl sahələrinə necə təsir edir? - mütəxəssis açıqlayır
06.05.2026 [19:23]
Xəbərin mətni
Müşahidələr göstərir ki, əvvəlki illərdən fərqli olaraq, bu ilin yaz ayları ölkə ərazisində olduğu kimi, Şəki-Zaqatala bölgəsində də yağışlı keçir. Əgər fermerlər səpin zamanı gübrələrdən və mineral maddələrdən düzgün istifadə ediblərsə, vaxtında bitki mühafizəsi üzrə mütəxəssislərlə məsləhətləşərək aqrotexniki qulluq işlərini yerinə yetiriblərsə, indiki yağıntılar ciddi narahatlıq doğurmur. Bu barədə AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizə və Fumiqasiya Mərkəzinin Şəki rayon mərkəzinin rəisi aqrar elmlər üzrə fəlsəfə doktoru Tələt Mehdiyev məlumat verib.