Azərbaycan Dövlət İnformasiya Agentliyi

Baş prokuror: Azərbaycan və Monqolustan arasında hüquqi əməkdaşlığın yeni mərhələsinə qədəm qoyulub

07.05.2026 [18:43]

Xəbərin mətni

Monqolustan Respublikasının Baş prokuroru ilə keçirilən görüşdə iki ölkə arasında hüquqi əməkdaşlığın yeni mərhələsinə qədəm qoyulub. Azərbaycan Prokurorluğu dövlətimizin başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq, dünya ölkələrinin hüquq-mühafizə orqanları ilə intensiv əlaqələr qurur. Bu əməkdaşlıq həm ikitərəfli formatda, həm də Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Avropa İttifaqı və Beynəlxalq Prokurorlar Assosiasiyası kimi nüfuzlu platformalar çərçivəsində uğurla davam etdirilir. AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev Monqolustanın Baş prokuroru Jarqalsaikxan Banzraqın iştirakı ilə Milli Aviasiya Akademiyasında İqtisadiyyat və hüquq fakültəsində təhsil alan tələbələrlə keçirilən görüş