Azərbaycan Dövlət İnformasiya Agentliyi

Füzulidə təhsilin dirçəlişi: Mirzə Uluqbəy adına məktəbdə uğurlu gələcəyin təməli qoyulur

07.05.2026 [19:53]

Xəbərin mətni

Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi strategiyasında təhsilin inkişafı prioritet istiqamət təşkil edir. Dövlət başçısının bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğı sayəsində Qarabağ və Şərqi Zəngəzurda ən müasir standartlara cavab verən təhsil infrastrukturu formalaşdırılır. Bu çərçivədə qısa müddət ərzində inşa edilən yeni məktəb binaları həm bölgənin intellektual potensialının bərpasına, həm də “Böyük Qayıdış” Proqramının dayanıqlı inkişafına xidmət edir.