Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyəli nazir: Qardaş Azərbaycanı Beynəlxalq Nəqliyyat Forumuna uğurlu sədrliyi münasibətilə təbrik edirik

07.05.2026 [20:29]

Xəbərin mətni

Qardaş Azərbaycanın Beynəlxalq Nəqliyyat Forumuna (ITF) sədrliyinin uğurlu olduğunu hesab edirik. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin ITF-də uğurlu fəaliyyəti nəticəsində üzvlərinin sayı 69-dan 72-yə çatdırılan foruma sədrliyi Azərbaycan həqiqətən də uğurla həyata keçirdi. Qardaş Türkiyə olaraq Azərbaycanı bu uğur münasibətilə təbrik edirik. AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycanın sədrliyi ilə ITF-in Leypsiqdə keçirilən İllik Sammitində iştirak edən Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu jurnalistlərə açıqlaması zamanı deyib.