Franklin Hoyer: Azərbaycan ITF-ə uğurlu sədrliyi ilə fəxr etməlidir
07.05.2026 [20:53]
Xəbərin mətni
Azərbaycanın Beynəlxalq Nəqliyyat Forumuna (ITF) sədrliyi barədə danışarkən bu ölkənin nümayəndə heyəti ilə birbaşa əməkdaşlıq edən şəxs kimi deyə bilərəm ki, onlar olduqca səmərəli işləyirlər, qurulan şəxsi münasibətlər çox xoş təsir bağışlayır. Fərdi yanaşma baxımından qeyd edə bilərəm ki, bu, həqiqətən çox uğurlu bir sədrlik dövrü idi. AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın sədrliyi ilə ITF-in Leypsiqdə keçirilən İllik Sammitində iştirak edən Braziliyanın Parisdə yerləşən beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin müşaviri Franklin Hoyer jurnalistlərə açıqlamasında deyib.