Azərbaycanın və Monqolustanın Baş prokurorları Milli Aviasiya Akademiyasında olublar
07.05.2026 [21:04]
Xəbərin mətni
Milli Aviasiya Akademiyasında Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev və Monqolustan Xalq Respublikasının Baş prokuroru Jarqalsaikxan Banzraqın iştirakı ilə İqtisadiyyat və hüquq fakültəsində təhsil alan tələbələrlə görüş keçirilib. AZƏRTAC xəbər verir ki, əvvəlcə qonaqlar tədris hissəsində texniki təchizat, o cümlədən uçuş simulyatorları, trenajorlar və tələbələr üçün yaradılan şəraitlə tanış olublar.