Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fariz Əliyev: Azərbaycan ITF-ə sədrliyi dövründə qlobal nəqliyyat gündəliyinə töhfə verən mühüm təşəbbüslərlə çıxış edib

07.05.2026 [22:18]

Xəbərin mətni

Azərbaycanın Beynəlxalq Nəqliyyat Forumuna sədrlik dövrü artıq başa çatır. Hesab edirik ki, biz bu mərhələni yüksək nəticələrlə yekunlaşdırırıq. Təbii ki, Azərbaycana belə bir etimadın göstərilməsi təsadüfi deyil. Bu, ölkəmizin beynəlxalq əməkdaşlıqda fəal rolunun, nəqliyyat sahəsində artan nüfuzunun və etibarlı tərəfdaş kimi qəbul olunmasının məntiqi nəticəsidir. AZƏRTAC xəbər verir ki, bu fikirləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev jurnalistlərə müsahibəsində deyib.