Azərbaycan Dövlət İnformasiya Agentliyi

XİN: Rusiya dövlət televiziyasında Azərbaycan xəritəsinin təhrif olunması ciddi təxribatdır

08.05.2026 [15:54]

Xəbərin mətni

Rusiya Federasiyasının dövlət televiziyası olan “1-ci” kanalın “zaman göstərər” (“vremya pokajet”) verilişində Azərbaycan Respublikasının təhrif olunmuş xəritəsinin nümayiş etdirilməsi, xəritədə mövcud olmayan qondarma “Dağlıq-Qarabağ” ifadəsinin yer alması ciddi təxribat və qəbuledilməz siyasi manipulyasiyadır. Bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Rusiya Federasiyasının dövlət televiziyası olan "1-ci" kanalda Azərbaycan əleyhinə təxribata dair yerli medianın sualına cavabında bildirib.