Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rus politoloq: Azərbaycan olmadan Sovet İttifaqı İkinci Dünya müharibəsində qələbə qazana bilməzdi

08.05.2026 [16:57]

Xəbərin mətni

İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin əldə olunmasında Azərbaycanın rolu tarixi faktlarla təsdiqlənən mühüm səhifələrdən biridir. Müharibə illərində yüz minlərlə azərbaycanlı cəbhədə döyüşüb, on minlərlə soydaşımız həyatını itirib. Bakı nefti sovet ordusunun əsas enerji təminatçısı kimi qələbənin taleyində həlledici rol oynayıb. Azərbaycan həm də arxa cəbhə olaraq yaralıların müalicəsində, qaçqınların yerləşdirilməsində və hərbi sənayenin fasiləsiz fəaliyyətində mühüm missiya yerinə yetirib. Eyni zamanda, lend-liz proqramı çərçivəsində müttəfiqlər tərəfindən göndərilən hərbi texnika və silah-sursatın SSRİ-yə çatdırılmasında Azərbaycanın strateji coğrafi mövqeyi xüsusi əhəmiyyət daşıyıb. Bu baxımdan, 9 May təkcə hərbi qələbə deyil, həm də Azərbaycan xalqının göstərdiyi fədakarlığın və tarixi xidmətlərin simvolu kimi qiymətləndirilir. Mövzu ilə bağlı Rusiya Federasiyasının birinci dərəcəli dövlət müşaviri, politoloq Tatyana Poloskova AZƏRTAC-a açıqlamasında bildirib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI