Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağsu dolaylarında torpaq sürüşməsi - əraziyə mütəxəssislər cəlb olunub, baxış keçirilib

08.05.2026 [19:45]

Xəbərin mətni

Ağsu aşırımı ərazisində torpaq sürüşməsi yenidən aktivləşib. Son günlər ölkənin dağlıq və dağətəyi bölgələrində müşahidə olunan intensiv yağıntılar Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən hissəsində fəsadlara səbəb olub. Yolun 147-ci kilometrliyində baş verən sürüşmə nəticəsində asfalt örtüyündə dərin çatlar və çökmələr əmələ gəlib.