Fərid Cəfərov: Heydər Əliyev mərkəzləri Mədəniyyət Konsepsiyasından irəli gələn fəaliyyətlərə xüsusi önəm verəcək
08.05.2026 [23:23]
Xəbərin mətni
Mayın 8-də Şəki şəhərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində Heydər Əliyev mərkəzlərinin “Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri” mövzusunda illik müşavirəsi keçirilib. Bu müşavirə ənənəvi olaraq hər il ölkədə fəaliyyət göstərən bütün Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin doğum günü ərəfəsində təşkil olunan tədbirdir və Mədəniyyət Nazirliyi ilə Heydər Əliyev Mərkəzinin birgə tədbirləri çərçivəsində həyata keçirilir. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə mədəniyyət nazirinin müavini Fərid Cəfərov Şəkidə keçirilən ümumrespublika müşavirəsində jurnalistlərə açıqlamasında məlumat verib.