Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəkidə Heydər Əliyev mərkəzlərinin ümumrespublika müşavirəsi təşkil olunub

08.05.2026 [23:31]

Xəbərin mətni

Ümummilli Lider Heydər Əliyev xalqa və Vətənə sonsuz sevgisi, dövlətçiliyə hədsiz sədaqəti ilə indiki və gələcək nəsillərə örnək ola biləcək bir fəaliyyət nümunəsi, ölkəmizin davamlı inkişafının uzunömürlüyünü təmin edən təkmil irs, siyasi məktəb miras qoyub. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə mayın 8-də Şəki şəhərində keçirilən Heydər Əliyev mərkəzlərinin “Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəni dəyərləri” mövzusunda Ümumrespublika müşavirəsində səsləndirilib. Müşavirə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunub.