Rəis müavini: Heydər Əliyev adına Hərbi Liseyinin indiyədək 5 minə yaxın məzunu olub
09.05.2026 [14:08]
Xəbərin mətni
Naxçıvan şəhərində fəaliyyət göstərən Hərbi Lisey 1998-ci ildə fəaliyyətə başlayıb. 2004-cü ildən etibarən Ulu Öndər Heydər Əliyevin adını daşıyır. Hazırda liseyin 5000-dən artıq məzunu quru qoşunları və digər qoşun növləri üzrə zabit vəzifələrində xidmət edir. Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində hərbi liseyin rəis müavini polkovnik Ceyhun Rüstəmov deyib.