Daşkənddə Ulu Öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib
09.05.2026 [20:25]
Xəbərin mətni
Daşkənd şəhərində yerləşən Heydər Əliyev parkında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə Azərbaycanın Özbəkistandakı səfirliyinin nümayəndələri və səfirliyin tabeliyində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları iştirak ediblər.