Qarabağ Universiteti mühəndis kadr hazırlığının əsas mərkəzlərindən birinə çevrilir
12.05.2026 [19:54]
Xəbərin mətni
Qarabağ Universitetinin Mühəndislik fakültəsi regionun inkişafına töhfə verəcək gənc mütəxəssislərin yetişdiyi əsas mərkəzlərdən birinə çevrilməkdədir. Qarabağda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri fonunda mühəndislik ixtisaslarına olan tələbatın artması bu fakültənin əhəmiyyətini daha da artırır. Müasir tədris infrastrukturu, innovativ yanaşmalar və praktikyönümlü hazırlıq sistemi burada təhsil alan tələbələrin peşəkar bacarıqlar qazanmalarına imkan yaradır. Bu isə fakültənin regionun gələcək inkişafında mühüm rol oynayacaq ixtisaslı kadr bazasının formalaşmasına xidmət etməsinə şərait yaradır.