Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xocalının kəndlərində həyat öz axarına qayıdır

13.05.2026 [12:57]

Xəbərin mətni

Qarabağın işğaldan azad olunmasından sonra bölgədə aparılan genişmiqyaslı tikinti-quruculuq işləri sayəsində həyat yenidən bərpa olunur, keçmiş məcburi köçkün ailələri doğma yurdlarına qayıdırlar. Xocalı rayonunun Badara və Şuşakənd kəndlərinin sakinləri üçün də artıq yeni həyat başlayıb. Dövlət tərəfindən həyata keçirilən layihələr və müasir infrastrukturun yaradılması sayəsində bu ərazilər qısa müddətdə yüksək yaşayış standartlarına cavab verən mərkəzlərə çevrilib. İllərdir düşmən əsarətində qalan bu kəndlərdə indi yenidən Azərbaycan Bayrağı dalğalanır.