Milli Məclisin sədri: Azərbaycan-Slovakiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
13.05.2026 [15:26]
Xəbərin mətni
Parlamentlər arasındakı əməkdaşlıq Azərbaycan-Slovakiya münasibətlərinin bir hissəsidir. Ümumən ölkələrimiz arasındakı əlaqələrə nəzər yetirsək, xüsusən son illərdə bu əlaqələrin əhəmiyyətli dərəcədə inkişaf etdiyinin və strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyinin şahidi olarıq. Bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiya Respublikası Milli Şurasının sədri Rixard Raşi ilə mayın 13-də keçirdiyi birgə mətbuat konfransında deyib.