Mariya Küri - dünyanı dəyişən qadın
13.05.2026 [15:54]
Xəbərin mətni
Nobel mükafatına layiq görülən ilk qadın. Tarixdə ikiqat Nobel laureatı və iki fərqli elm sahəsində mükafatın sahibi olan yeganə insan. Sorbonna Universitetinin ilk qadın müəllimi və bu ali təhsil ocağının birinci qadın professoru. Mötəbər Soloveyevsk konfranslarında iştirak etmiş ilk qadın. Bütün bu keyfiyyətlər məhz Mariya Sklodovskaya-Kürinin şəxsində cəmləşib. Dünyanı dəyişən, polonium və radiumu kəşf edən qadının həyat tarixçəsi 1867-ci il noyabrın 7-də Varşavada, onun dünyaya göz açdığı Freta küçəsi 16-da başlayıb. Bu gün burada onun xatirəsi əbədiləşdirilib.