Azərbaycan Dövlət İnformasiya Agentliyi

Emin Əhmədov: Artıq köçkün deyilik, öz yurdumuzun sakiniyik

13.05.2026 [16:45]

Xəbərin mətni

“Böyük Qayıdış” proqramı çərçivəsində Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köç edən keçmiş məcburi köçkünlər doğma yurdlarına qovuşmağın sevincini yaşayırlar. Uzun illər həsrətlə gözlədikləri torpaqlara geri dönən sakinlərdən biri də Emin Əhmədovdur. O bu kənddən çıxarkən cəmi 13 yaşı olub və 46 yaşında doğma yurduna qayıdıb.