Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zəngilan sakini: Uşaqlığımın yarım qaldığı torpaqlara qayıtmışam

13.05.2026 [17:13]

Xəbərin mətni

1993-cü ildə doğma Zəngilanımızdan məcburi köçkün düşdük. Həmin vaxt birinci sinif şagirdi idim. İllərlə bu yerlərin həsrətini çəkdik, arzu və ümidlə yaşadıq. Böyüdükcə Vətən həsrətini daha dərindən anlayırdım və inanırdım ki, uşaqlıq illərimin yarım qaldığı bu torpaqlara bir gün qayıdacağam. Bu sözləri doğma Zəngilana qayıdan sakinlərdən biri, müəllim Günay Vəliyeva söyləyib.