Luis Qalyeqos: Aramızdakı birliyin xalqlarımız üçün daha yaxşı gələcək gətirəcəyinə inanırıq
14.05.2026 [12:37]
Biz radikal qeyri-müəyyənlik dövründə yaşayırıq. Bu gün xalqlarımızın və ölkələrimizin üzləşdiyi çoxsaylı çağırışlarla mübarizə aparmaq üçün əvvəlkindən də daha çox birləşməyimiz tələb olunur. Bizim çox zəhmətlə qurduğumuz beynəlxalq qaydalara əsaslanan nizam son vaxtlar bir çox hallarda güc tətbiqi və ya təhdidi ilə əvəz olunub. Beynəlxalq qaydalara əsaslanan nizam heç vaxt mükəmməl olmayıb, lakin o, sülhü, rifahı və insan haqlarını qorumaq üçün inandığımız prinsiplər üzərində qurulmuşdu. Bu sözləri Birləşmiş Millətlər Təşkilatının Təlim və Tədqiqat İnstitutunun Məsləhət Şurasının sədri Luis Qalyeqos “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasında çıxışı zamanı deyib.