Azərbaycan Dövlət İnformasiya Agentliyi

Möminə Xatun türbəsində bərpa və konservasiya işləri davam etdirilir

14.05.2026 [17:56]

Xəbərin mətni

Azərbaycan memarlığının incisi sayılan Möminə Xatun türbəsində dövlət başçısının müvafiq Sərəncamına uyğun olaraq başlanılan bərpa və konservasiya işləri davam etdirilir. Ölkəmizdə elan edilən “Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçirilən bu layihə tarixi irsimizin qorunması istiqamətində ən mühüm addımlardan biri hesab olunur.