“Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalı: Xan qızı Natəvanın sarayı önündə Azərbaycan bəstəkarlarının əsərləri səslənib
15.05.2026 [15:18]
Xəbərin mətni
Şuşada “Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalı davam edir. Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivalın ikinci gününün ilk musiqi təqdimatı Xan qızı Natəvanın sarayının qarşısında keçirilib. Burada Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert təşkil olunub.