Səməd Vurğunun irsini yaşadan gənc pianoçu Vurğun Vəkilov
15.05.2026 [16:25]
Xəbərin mətni
Bəzən bir insanın yaradıcılığı onun mənsub olduğu nəslin yaddaşı ilə səsləşir. Keçmişdən gələn ədəbi və mənəvi dəyərlər yeni dövrdə fərqli sənət dili ilə yaşamağa başlayır. Beynəlxalq müsabiqələr laureatı, Vurğun Vəkilovun fəaliyyəti də bu baxımdan diqqət çəkir. O, bir tərəfdən Səməd Vurğunun zəngin irsini yaşadan ev-muzeyinə rəhbərlik edir, digər tərəfdən isə musiqi yaradıcılığı ilə öz sənət yolunu formalaşdırır. Onun sənət baxışında ailədən gələn mədəni yaddaş müasir musiqi dili ilə yeni çalarlar qazanır.