Azərbaycan Dövlət İnformasiya Agentliyi

Muğama bağlı ömür və müəllim missiyası

15.05.2026 [19:09]

Xəbərin mətni

Muğam Azərbaycan xalq musiqisinin ən qədim və zəngin janrlarından biridir. Bu sənət təkcə musiqi forması deyil, həm də xalqın tarixi yaddaşını, fəlsəfi düşüncəsini, emosional dünyasını və milli kimliyini özündə birləşdirən böyük mədəni irsdir. Bu sənəti yaşadan, onu qoruyaraq gələcək nəsillərə ötürən sənətkarlar isə muğamın əsl daşıyıcıları hesab olunurlar. Belə sənətkarlardan biri də gənc və tanınmış xanəndə Mirələm Mirələmovdur. O, həm ifaçılıq fəaliyyəti ilə məşğul olur, həm də gənc nəslə muğam sənətinin incəliklərini öyrədir. AZƏRTAC-ın əməkdaşı ilə həmsöhbət olan xanəndə sənət yolundan, pedaqoji fəaliyyətindən, muğamın müasir dövrdə təbliğinin əhəmiyyətindən danışıb.