Avropa İttifaqının müşahidə missiyası niyə hələ də bölgədədir?
15.05.2026 [19:34]
Xəbərin mətni
Münaqişə bitib. Sərhədlərimizdə atəş səsləri eşidilmir. Cənubi Qafqazda sülh və sabitlik hökm sürür. Belə olan təqdirdə Avropa İttifaqının "müşahidə missiyası" adı altında Ermənistan ərazisində fəaliyyət göstərən qüvvələrin mövcudluğu ciddi suallar doğurur. İlk gündən bizə məlumdur ki, bu müşahidəçilər “binokl diplomatiyası” ilə - kəşfiyyat məlumatları toplamaqla məşğuldurlar. Guya monitorinq məqsədilə yaradılan bu missiya əslində kimlərinsə bölgədəki gözü, qulağıdır.