Azərbaycan Dövlət İnformasiya Agentliyi

Böyük Qayıdışın növbəti ünvanı – Şükürbəyli kəndində həyat yenidən canlanır

15.05.2026 [20:07]

Xəbərin mətni

İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri uğurla davam etdirilir. Keçmiş məcburi köçkünlər “Böyük Qayıdış” proqramı çərçivəsində mərhələli şəkildə öz doğma yurdlarına qovuşurlar. Artıq Cəbrayılın Şükürbəyli kəndində də həyat yenidən canlanıb. Mayın 9-da kəndə qayıdan ilk ailələrə evlərinin açarları Prezident İlham Əliyev tərəfindən təqdim olunub.