Zar kəndi Kəlbəcərdə Böyük Qayıdışın növbəti ünvanı olacaq – 547 ev tikilir
15.05.2026 [20:41]
Xəbərin mətni
İşğaldan azad edilmiş Kəlbəcər rayonunun ən yüksək yaşayış məntəqələrindən biri olan Zar kəndində genişmiqyaslı tikinti-quruculuq işləri sürətlə davam etdirilir. Dəniz səviyyəsindən təxminən 2400 metr yüksəklikdə yerləşən bu qədim yurd yeri dövlətimizin həyata keçirdiyi "Böyük Qayıdış" proqramı çərçivəsində müasir standartlara uyğun şəkildə tamamilə yenidən qurulur.