İşğaldan azad olunan Cəbrayılda 150 çarpayılıq xəstəxana inşa edilir
15.05.2026 [21:21]
Xəbərin mətni
İşğaldan azad olunan Cəbrayıl şəhərində həyata keçirilən genişmiqyaslı quruculuq işləri çərçivəsində səhiyyə infrastrukturunun yaradılması istiqamətində də mühüm addımlar atılır. Hazırda şəhərdə müasir standartlara cavab verən yeni tibb müəssisəsinin tikintisi davam etdirilir, sakinlərin keyfiyyətli tibbi xidmətlə təmin olunması üçün geniş imkanlar yaradılır.