Azərbaycan Dövlət İnformasiya Agentliyi

Böyük Qayıdış: Baş Qərvənd kəndinə ilk köçün bu il həyata keçirilməsi gözlənilir

23.05.2026 [13:00]

Xəbərin mətni

 Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri müasir şəhərsalma standartlarına uyğun olaraq sürətlə davam edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə yenidən dirçələn və regionun strateji iqtisadi mərkəzinə çevrilən Qarabağda iri şəhərlərlə yanaşı, kəndlər də "Ağıllı kənd" konsepsiyası əsasında tamamilə yenidən qurulur. Dağıdılmış yaşayış məntəqələrinin yerində müasir memarlıq üslubu ilə milli koloriti özündə birləşdirən, ekoloji cəhətdən təmiz və dayanıqlı yeni yaşayış massivləri salınır.