Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağdamda Pənahəli xanın İmarət Kompleksi tarixi irs və müasir turizm mərkəzinə çevrilib

23.05.2026 [14:42]

Xəbərin mətni

İşğaldan azad edilmiş ərazilərdə tarixi-mədəni irsimizin bərpası və milli-mənəvi dəyərlərimizin dirçəldilməsi dövlət siyasətinin əsas xətlərindən birini təşkil edir. Bu kontekstdə, Ağdam şəhərinin qədim keçmişini və dövlətçilik tariximizi özündə yaşadan rəmzi məkanlardan biri – Pənahəli xanın İmarət Kompleksi aparılan fundamental bərpa və yenidənqurma işlərindən sonra milli irs və turizm mərkəzi kimi fəaliyyətini uğurla davam etdirir.