Cəbrayıl sakini: Hər zaman kəndimizin, evimizin həsrətini çəkmişik
25.05.2026 [10:21]
Xəbərin mətni
Biz bu həsrətlə illərlə yaşamışıq. Mən bu yerlərdən çıxanda 35 yaşım var idi. İndi isə 70 yaşın içindəyəm. Məcburi köçkünlük illəri çətin keçib. Hər zaman kəndimizin, evimizin, yurdumuzun həsrətini çəkmişik. Bu sözləri jurnalistlərə açıqlamasında Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən keçmiş məcburi köçkün Zeynəb Quliyeva söyləyib.