AQTA-nın nümayəndəsi: Qurban bayramı günlərində heyvanların kəsiminə və satışına ciddi nəzarət ediləcək
25.05.2026 [15:32]
Xəbərin mətni
Qurban bayramı günlərində digər vaxtlarda olduğu kimi, heyvanların kəsiminə və satışına ciddi nəzarət olunacaq. Bu günlərdə də qanunsuz heyvan kəsimi hallarına icazə verilməyəcək. Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bakı regional bölməsinin böyük məsləhətçisi Günel Hüseynova jurnalistlərə açıqlamasında deyib.