Qurban bayramında gün ərzində 23 min heyvanın kəsilərək və ya diri halda satışının həyata keçirilməsi üçün şərait yaradılacaq
25.05.2026 [15:58]
Xəbərin mətni
Qurban bayramı günlərində respublika üzrə gün ərzində təxminən 10 min xırdabuynuzlu heyvanın kəsimi, ümumilikdə isə 23 min heyvanın kəsilərək və ya diri halda satışının həyata keçirilməsi üçün şərait yaradılacaq. Bunu Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Qurban bayramına həsr olunmuş brifinqdə deyib.