Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zərdabda leysan sularının fəsadları aradan qaldırılır: əraziyə FHN-in qüvvə və texnikası cəlb olunub

25.05.2026 [23:10]

Xəbərin mətni

Zərdab rayonunda yağan leysan xarakterli güclü yağış bir sıra ərazilərdə ciddi fəsadlara səbəb olub. Rayonun bəzi küçə və yaşayış massivləri yağış suları altında qalıb, nəqliyyatın və sakinlərin hərəkətində çətinlik yaranıb.