Ağsuda faciəvi qəza: avtomobil çaya aşdı, ölənlər var
26.05.2026 [10:28]
Xəbərin mətni
Ağsu rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza Dilman–Xatman avtomobil yolunun Dilman kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə minik avtomobilinin sürücüsü hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq Ağsu çayı üzərindəki qoruyucu daş-beton bəndə çırpılıb. Daha sonra nəqliyyat vasitəsi bir neçə dəfə aşaraq təxminən 100 metr aralıda yerləşən çayın yatağına aşıb.