Azərbaycan Dövlət İnformasiya Agentliyi

Keçmiş məcburi köçkün: Demişdim ki, mən Ağdama qonaq kimi yox, birdəfəlik qayıdanda gedəcəyəm

26.05.2026 [10:49]

Xəbərin mətni

Bugünkü gün mənim üçün həm sevindiricidir, həm də olduqca kədərlidir. Sevindiricidir ki, nəhayət, doğma torpaqlarımıza, ana yurdumuza qayıdırıq. Kədərli tərəfi isə odur ki, tam 32 il keçib; biz bu torpaqlardan cavan oğlan olaraq çıxmışdıq, indi isə yaşlaşaraq geri qayıdırıq. Bu illər ərzində talelər də fərqli formalaşdı: elə ailələr var ki, o vaxt dörd nəfər çıxmışdılar, indi daha da böyüyüb səkkiz nəfər olaraq qayıdırlar. Mən isə o vaxt dörd nəfərlə çıxmışdım, bu gün tək qayıdıram geri. Bu fikirləri AZƏRTAC-a müsahibəsində bu gün Ağdam şəhərinə köçən Namiq Fətəliyev deyib.